TITAN GEL TAM ORIJINAL MALDIR 0555062693
SALAm xos geldiz lutfen qeyd olun celal.HEMIDOV
Axtar
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

Dekabr 2016
B.B.e.Ç.a.Çər.C.a.C.Ş.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Takvim Takvim

Ortaklar
bedava forum

En çok konu başlayanlar
Admin
 

Titan gel Azerbaycanda 0555062693Titan gel Azerbaycanda 0555062693

6/11/2016, 01:16 tarafından Admin

Titan gel Azerbaycanda 0555062693Titan gel Azerbaycanda 0Titan gel Azerbaycanda 0555062693555062693

Yorum: 0

titan gel zakaz azzerbaycan tel 0555062693

6/11/2016, 00:32 tarafından Admin

titan gel zakaz azzerbaycan tel 0555062693
05.11.201605.11.2016


Yorum: 0

RSS akısı


Yahoo! 
MSN 
AOL 
Netvibes 
Bloglines 


Sosyal yer imi

Sosyal yer imi Digg  Sosyal yer imi Delicious  Sosyal yer imi Reddit  Sosyal yer imi Stumbleupon  Sosyal yer imi Slashdot  Sosyal yer imi Furl  Sosyal yer imi Yahoo  Sosyal yer imi Google  Sosyal yer imi Blinklist  Sosyal yer imi Blogmarks  Sosyal yer imi Technorati  

Sosyal bookmarking sitesinde TITAN GEL TAM ORIJINAL MALDIR 0555062693 adresi saklayın ve paylaşın

Xətdəkilər
Cəmi 1 istifadəçi xətdədir: heç bir qeydiyyatlı, heç bir gizli və 1 qonaq

Yoxdur!

Son 1 saat üçün aktiv 42 istifadəçi 15/7/2016, 01:32 tarixində xətdə olub.
zengimsel. dinlet ve meleton kodlari
yeni

AZERBAYCAN HAKIMIYYETININ DIN IMTAHANI

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

resimcik AZERBAYCAN HAKIMIYYETININ DIN IMTAHANI

Yeni mövzu  Admin Bir 12/4/2013, 18:45

Azərbaycan hakimiyyətinin “din imtahanı”
Yayım Tarixi: 08.04.2013 13:44
Araşdırma
Yazı ölçüsü: büyüt küçült
print çap variantı
haber
Tale Bağırovun həbsi və ardınca ADNA-da hicab qadağası “testi” hakimiyyətin din siyasəti ilə bağlı ikili mövqeyini bir daha ortaya qoydu

Martın 31-də Azərbaycanda daha bir ilahiyyatçı Tale Bağırov həbs olundu. Ənənəvi olaraq T.Bağırova da polis narkotik ittihamı irəli sürdü. Sabunçu polisinin saxlayıb “cibindən narkotik tapdığı” Tale Bağırov hazırda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılır. Bu baxımdan vəkillər ilahiyyatçıya qarşı əlavə ittihamalrın irəli sürülməsi ehtimalından narahatdırlar.
T.Bağırov Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunur. T.Bağırovla birlikdə saxlanılan sürücüsü Anar Məlikova qarşı silah saxlama (228-ci maddə) ittihamı irəli sürülüb. Ancaq gözlənilmədən, ilahiyyatçının həbsi həm ölkə daxilində, həm də xaricdə ciddi reaksiyalara səbəb oldu. Əvvəlcə aprelin 1-də Nardaranda etiraz mitinqi keçirildi, hakimiyyətə cümə gününə qədər vaxt verildi. Türkiyədə yerləşən “Azərbaycan hicab dustaqları ilə həmrəylik komitəsi” adlı qurum əvvəlcə bəyanatla çıxış etdi və daha sonra aprelin 6-da İstanbulda Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında aksiya təyin etdi.
Daha sonra mərkəzi ofisi Londonda yerləşən İslami İnsan Hüquqları Komissiyası isə Hacı Talenin həbsi ilə bağlı etiraz bəyanatı yaydı. Bəyanatda beynəlxalq təşkilatlar bu məsələni gündəmdə saxlamağa çağırılır. Eyni zamanda Azərbaycan ictimai-siyasi qurumları ilahiyyatçı Hacı Tale Bağırovun həbsinə etiraz bəyanatı verdilər. Müsavat Partiyası, AXCP, İslam Partiyası, ADP, “EL” hərəkatı və digər qurumlar həbsin siyasi sifariş olduğunu qeyd edərək pislədilər. Eyni zamanda “Qırmızı Xaç”, Ombudsman aparatı həbsdə olan ilahiyyatçının durumu ilə maraqlandılar, təcridxanaya gedən beynəlxalq təşkilatın əməkdaşları ilahiyyatçının durumu ilə maraqlanaraq məruz qaldığı işgəncələri qeydə aldılar.
Bundan başqa cümə günü, aprelin 5-də Bakının mərkəzində bir qrup gənc “Nizami” metro stansiyası yaxınlığında aksiya keçirərək hicab məhbuslarına, hicaba azadlıq və Hacı Talenin həbsdən azad edilməsi haqda şüarlar səsləndirdilər. Nardaranda aksiya hazırlığı isə yalnız son anda, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin qəsəbə sakinlərinə müraciət edərək aksiyanı dayandırmağı xahiş etməsindən sonra təxirə salındı. Məlum oldu ki, Şeyx iki ay ərzində Hacı Talenin azadlığa buraxılacağı ilə bağlı nardaranlılara söz verib. Şənbə günü isə Türkiyədə fəallar Hacı Talenin həbsinə etiraz olaraq yürüş keçirdilər.
Beləliklə, göründüyü kimi, gənc ilahiyyatçının həbsi ölkə daxilində və xaricdə ciddi etirazlara səbəb oldu. Gözlənilmədiyi halda, əvvəlcədən planlaşdırılmamış etiraz aksiyaları və ən mühümü ciddi reaksiyalar, etirazla qarşılandı. Ölkədə son bir ayda davam edən silsilə həbslərin və ağır cinayət ittihamlarının fonunda ilahiyyatçının həbsinə bu şəkildə reaksiyalar (qeyd etmək lazımdır ki, daha əvvəl baş verən kütləvi dindar həbsləri bu qədər reaksiyalar doğurmamışdı.red) ölkədə ciddi hərəkətliliyə işarə olmaqla yanaşı, hakimiyyətin dini camiə ilə ciddi problemlərinin qaldığına işarə sayıla bilər.
Məsələ orasındadır ki, hicab qadağasında və buna etiraz edən dindarların həbsləri Azərbaycanda dindar kütləni hakimiyyətə qarşı potensial müxalifətə çevirdi. Baxmayaraq ki, bir çoxları hicab qadağası görə hakimiyyətlə açıq şəkildə qarşıdurmaya gedilməsinə tərəfdar olmasa da, bütövlükdə dini kəsimdə hicab qadağası ciddi narazılıq dalğası yaradıb. Üstəlik, məsələnin köklü həll olunmaması, əksinə, ara-sıra hakimiyyət nümayəndələrinin bu və ya digər şəkildə qadağaları gündəmə gətirməsi (son olaraq ADNA-da tələbələrin hicabla dərsə buraxılmaması kimi.red) dindarları daha da qəzəbləndirir, hakimiyyətə qarşı narazılığı daha da dərinləşdirir. Ötən ilin mayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbərliyinə yeni kadrın gətirilməsi dindarlarla hakimiyyət arasında dərin uçurumun azaldacağı ilə bağlı ümidlər yaratsa da, görünən odur ki, ortada ciddi narazılıq hələ də qalır. Üstəlik, hakimiyyətin son addımları vəziyyəti düzəltməyə deyil, daha da pisləşməyə xidmət edir. Bu məsələdə hakimiyyət daxilində fərqli qrupların olması və fərqli taktikaların tətbiq olunması, koordinasiyasızlıq haqda iddiaları gücləndirir. Çünki həftənin ortasında bəzi media orqanlarında Maştağa qəsəbəsində yerləşən və Hacı Talenin xütbə oxuduğu məscidin bağlanacağı ilə əlaqədar məlumatlar operativ şəkildə komitə tərəfindən təkzib olundu. Yəni dolayısı ilə də olsa, komitə bu prosesdə iştirakçı olmadığını nümayiş etdirdi.
Ötən həftə baş verənlər hakimiyyət üçün ciddi bir siqnal sayıla bilər. Həm T.Bağırovun həbsi, həm də ADNA-da iki günlük hicab qadağası göstərdi ki, qadağalar cəmiyyətdə ciddi narazılıq yaradıb və dindarlar potensial etiraz elektoratına çevrilib. Bundan sonra qadağalar və həbslər dindarları daha da qəzəbləndirəcək. Çünki T.Bağırovun həbsindən sonrakı hadisələr göstərdi ki, dindarlar arasında lider anlayışı nisbidir və istənilən an bir ruhani ilə bağlı ciddi ayaqlanma ola bilər. Azərbaycanda T.Bağırov kimi ruhanilər xeyli dərəcədə çoxdur. Bütün bunlar göstərir ki, hakimiyyət fərqli xətt tutmalı, dini camiəni loyallaşdırmaq üçün dini camiədə davam edən təzyiqləri yumşaltmağa çalışmalıdır. Bu istiqamətdə QMİ sədri A.Paşazadənin cəhdi bir addım ola bilər. Bununla da hakimiyyət dini camiəyə yönəlik bir sıra müsbət addımlar ata, yumşalmaya səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, vaxt da azdır, proseslər daha da sürətlənəcək. Beləliklə, dini camiənin mövqeyi və hakimiyyətin dini camiəyə münasibəti yaxın aylarda aydınlaşacaq.
Birlik İnformaiya Mərkəzinin analitik şöbəsi
Birlik.az

Admin
Admin
Admin

İsmarıc sayı : 77
Puan : 230
Reputation : 0
Kayıt tarihi : 17/07/12
Yaş : 23
Şəhər/ölkə : azerbacan baku

http://celal.wow3.info

Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.